Allah dağına baxar, qar verər.

God (Lord, Heaven) knows to whom give the wings. Не дал бог медведю волчьей смелости, а волку медвежьей силы. / Бог по силе крест налагает. / Видел бог, что не дал свинье рог.
Allah cəzasını versin!
Allah dəvəyə qanad versəydi, dünyada uçmamış dam-daş qalmazdı.
OBASTAN VİKİ
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah (Bəhailikdə)
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allah (dəqiqləşdirmə)
Allah
Amon (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun (allah)

Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Bəhailikdə Allah
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Kadenak-Qar
Kadenak-Qar (fr. Capdenac-Gare, oks. Capdenac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12052. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 4553 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 2631 nəfər (15-64 yaş arasında) arasında 1879 nəfər iqtisadi fəal, 752 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə 67.5%) olmuşdur.
Qar (departament)
Gar (fr. Gard) — Fransanın cənubundakı Oksitaniya bölgəsinin departamentlərindən biri. Adını öz ərazisindən keçən Qar çayından götürmüşdür. Sıra nömrəsi — 30. İnzibati mərkəzi — Nim. Əhalisi — 726.285 nəfər (departamentlər arasında 33-cü yer, məlumatlar 2010-cu il). Sahəsi — 5853 km². Departamentə 3 rayon, 46 kanton və 353 kommun daxildir. Orta əsrlərdə ərazi romalılar tərəfindən məskunlaşmışdı. Hətta buradan Via Domitsia yolu da keçirdi.
Qar (dəqiqləşdirmə)
Qar
Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...." Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.
Qar adamı
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Qar adası
Qar adası (ərəb. جزيرة قارو‎) — Küveytə məxsus olan 9 adadan ən kiçiyi. Adanın sahəsi 3.5 ha, uzunluğu 275 m, eni isə 175 m təşkil edir. Sahildən 37,5 km, Umm-əl-Maradim adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991).
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qar bemeriyası
Qar bemeriyası (lat. Boehmeria nivea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin bemeriya cinsinə aid bitki növü.
Qar bəbiri
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Qar koramazı
Qar koramazı — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki Qara qoyunu sağaraq elə həmin an onun südünə köhnə, qurd düşməmiş qar əlavə edib qarışdıraraq alınan məhsulu sərinləşdirici içki kimi istifadə edərdilər. Yaylaqlara çıxmış bütün elatların çoxu tarixən bu üsuldan istifadə etmişdir. Qatıq əvəzinə qar qatılması səbəbindəndə bu içkiyə qar koramazı deyərlər. Çobanlar isə qar koramazını əsasən örüşdə edir və qabı qarda basdırarlar. Südlə qarın qarışığı bir xeyli bərkiyərək dondurma halına düşdükdən sonra istifadə edilərdi.Bunu adətən günün isti vaxtlarında edərdilər. Müasir dondurmadan da dadlı olan bu süd məhsuluna şəkər qatılmırdı. Az-az hallarda zövqə uyğun müəyyən qədər bal əlavə edilir. Qar koramazını ən çox çobanlar və ya yayı yaylaqda keçirən ailələr hazırlayırdılar. Qara qoyun südü ilə qarın qarışığı əslində türk dünyasında çox-çox qədimdən istifadə edilən təmiz və sərinləşdirici içkidir.
Qar kraliçası
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kürəciyi
Qar kürəciyi — əsasən şüşədən düzəldilmiş və çox vaxt landşaft modeli ilə birlikdə bir növ kiçildilmiş səhnəni əhatə edən şəffaf kürə. Həmçinin kürəciyin içini su əhatə edir. Suyun vasitəsilə kürəni tərpədəndə ağ zərrəciklər qar lopası kimi yağır.